Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, şəhərin Doğantepe məhəlləsində ağaclıq sahədən 13-14 yaşlı uşağın meyiti tapılıb. Məlum olub ki, uşağın başına zərbələr endirilib. Hadisə nəticəsində uşağı başı əzilərək ölüb.

İlkin araşdırmalar zamanı ölən uşağın Suriya vətəndaşı Cumali Elselim olması aydınladırılıb. Hadisənin törədilmə səbəbi və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Polis faktla bağlı araşdırmaya başlayıb