İranın bəzi bölgələrində güclü qum qasırğası səbəbindən məktəblər bağlanıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi məlumat verib. 

Qurumun rəsmisinin bildirdiyinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar  İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblər fəaliyyət göstərməyəcək. 

Baş verən təbii fəlakətlə bağlı Sistan və Bəluçestanın Hava Proqnozları Bürosunun rəhbəri Qulamhüseyn Abidi məlumat yayıb. Onun sözlərinə görə, saatda 108 km sürətə çatan qum qasırğası Zabil rayonunda havanın normadan 14 dəfə artıq çirklənməsinə səbəb olub.