İtaliyanın Palermo şəhərində güclü yağışlar daşqınlara səbəb olub.

Unikal.org-un məlumatına görə, daşqınlar nəticəsində 3-ü uşaq olmaqla 10 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.

Bildirilir ki, həlak olanlardan 9-u bir ailənin üzvləri olublar. Onların meyitləri Kasteldaçça kommunasında, çayın sahilində yerləşən evdən tapılıb.

Hazırda polis əməlkdaşları itkin düşənlərin axtarışlarını davam etdirir.