"Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub.

Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ayının 19-da bir barelə görə 66 dollar səviyyəsindən aşağı olub.

Bundan əvvəl neftin qiyməti 68 dollardan aşağı düşüb.