Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda yerləşən ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org-un nazirliyinin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 4000 m2 olan "BİG Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıblar.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.