Oktyabrın 8-də Gürcüstanda növbəti taleyüklü seçkilər keçiriləcək. Xalq yeni parlamenti müəyyən edəcək.

Unikal.org xəbər verir ki, "Vesti Kavkaza nəşri bu parlament seçkilərində üç əsas qaynar mərkəzin olacağını vurğulayıb:

1) Ölkənin paytaxtı Tiflis; 2) Eks-prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsun namizədliyini irəli sürdüyü Zuqdidi rayonu; 3) Türkiyə ilə sərhəd olan Acarıstan Muxtar Respublikası.

"Ənənəyə sadiq qalaraq, seçkilərdən sonra Gürcüstanda vəziyyət mürəkkəb ola bilər.

Bu açıqlama ilə Vətənpərvərlər Alyansı qeyri-hökumət təşkilatının sədri İrma İnaşvili çıxış edib. Onun sözlərinə görə, Saakaşvili ölkədə növbəti dövlət çevrilişi hazırlayır:

"Kalatozişvili xəbərdarlıq edib ki, oktyabrın əvvəllərində Saakaşvili Odessanı tərk edib, Türkiyənin Gürcüstan sərhədində yerləşən Trabzon şəhərinə gələcək, mehmanxanada yerləşəcək və inqilaba oradan rəhbərlik edəcək.

Lakin nə Gürcüstanın, nə də Türkiyənin rəsmi hakimiyyəti bu xəbərdarlıqlara şərh verib.

Sandra Ruvols həyat yoldaşı Saakaşvilinin heç nədən qorxmadığını və onun Gürcüstana geri qayıtmasının qaçılmaz olduğunu deyib.