Bütün dünyanın böyük maraqla gözlədiyi "El Klasikonun vaxtı açıqlanıb. 

Unikal.org xəbər verir ki, apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona və "Real La Liqanın XIV turunda üz-üzə gələcəklər.

Əzəli rəqiblər dekabrın 3-də "Nou Kamp stadionunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, İspaniya La Liqasında hazırda 7 tur geridə qalıb və "Real 2-ci, "Barselona isə 3-cü pillədə qərarlaşır.