Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib. 

Unikal.org-un məlumatına görə, bu barədə dövlət başçısı bu gün İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib.
R.T.Ərdoğan qeyd edib: "Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram".
Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.