Xaçmaz rayonunda qətl hadisəsi baş verib. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə bu gün gecə saat 04:00 radələrində qeydə alınıb.

Heydər Əliyev prospektində yaşayan 1967-ci il təvəllüdlü Quçiyeva Ruzarya Qeorgiyevna yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.