Əməkdar artist Elza Seyidcahan nənəsindən ona qalan mirası göstərib.

Unikal.org-un məlumatına görə, müğənni "ATV maqazin onlarla verilişində nənəsinin qarmonunu ömür boyu saxlayacağını deyib:

"O mənim üçün dəyəri milyondan artıq olan xəzinədir. Yaxın qohumumuz bir gün rayondan zəng etdi ki, nənənin qarmonu qalıb. Seyidcahan nənəm gözəl qarmon ifaçısı olub. Bunu nə qədər pul da versələr satmaram. Mənim anam və nənəm pul, qızıl hərisi olmayıb, sadəliyə üstünlük verirdi. Ona görə də, onlardan pul, qızıl qalmayıb. Anamın bizə verdiyi savad bu gün önəmlidir. İndi mən anama hər ad günündə qızıl hədiyyə alıram.