Xalq artisti Aygün Kazımova bu gün aparıcı Yusif Ağayevin aparıcılığı ilə yayımlanan "10-dan sonra" verilişində qonaq olub.

Unikal.org xəbər verir ki, verilişin sonunda Yusif Ağayev "Sabah ecazkar, füsunkar Xumar xanım Qədimova qonağımız olacaq, gözləyin " deyə sabahkı veriliş üçün qonağını təqdim edib.

Bu sözlərdən əsəbiləşən A. Kazımova aparıcının sözünü ağzında kəsib və aqressiv jestləri ilə diqqət cəlb edib. Hirsi soyumayan xalq artisti "Yusif sən bu gündən danış, sabaha Allah kərimdir ..." deyə, əlavə edib.

Qeyd edək ki, Xumar Qədimova və Aygün Kazımova uzun müddətdir ki, küsülüdürlər.