"Eurovision təmsilçilərimizdən olan Aysel Teymurzadə həyat yoldaşı, filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə birlikdə Londona yollanıb.

Unikal.org-un məlumatına görə, onlar dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi "Viktoriya və Albertdə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimat mərasimində iştirak ediblər.

Qeyd edək ki, A.Teymurzadə ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Onun üç övladı var.