Bu gün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 3 massiv ev 10-da oğurluq hadisəsi baş verib. 

Ev sahibi Fuad Alıyevin unikal.org-a açıqlamasında bildirib ki, hadisə bu gecə baş verib:

"Gecə mənzildə işıqlar söndü. Düşündük ki, hər yerdə işıqlar kəsilib. Lakin səhərə qədər yanmadığından çölə çıxdım. Gördüm ki, mənə məxsus evimin qarşısındakı yarımtikilidə kabel xətləri kəilib. Səhər saat 07:00 radələrində hadisə ilə bağlı dərhal 102-yə zəng etdim. Amma təəssüf ki, hələ də bununla maraqlanan yoxdur. Həmçinin bir neçə gün öncə də digər qonşumuzda da eyni formada oğurluq oldu. Onu da deyim ki, təxminən bir ay yarım bundan öncə də eyni hadisə baş vermişdi. Keçən dəfə oğru və yaxud da oğrular yarımtikilinin içərisindəki bütün kabel xətlərini kəsib aparmışdı. Polis oğrunu yaxalasa da yaşı az olduğunda iki gündən sonra sərbəst buraxdı.

Qeyd edək ki, xəttin bərpası istiqamətində işlər aparılıb.