Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanlnda yerləşən binasının imtahan zalında qeydə alınıb. İdman zalında abituriyentlərin imtahan verdiyi bildirilir.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

***
12:59
Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

***
17:16
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat açıqlayıb.
Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya Kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.
Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.