Lökbatanda sanatoriyadan oğurluq edən şəxs saxlanılıb.
Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aleksey Krasnikov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.