"Qəbələnin və Azərbaycan U-19 yığmasının gənc futbolçusu Fərid Nəbiyev karyerasını ilk dəfə xaricdə davam etdirəcək.

Unikal.org xəbər verir ki, "Qəbələ Futbol Akademiyasının yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi Çexiyanın "Slaviya klubuna keçib. Yığmamızın kapitanı Praqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu transfer FİFA menecerimiz Vaqif Heydərlinin vasitəçiliyi ilə reallaşıb. Heydərli keçidlə bağlı Feysbukdakı şəxsi səhifəsində paylaşıb.

Xatırladaq ki, əsas yığmamızın qapıçısı Kamran Ağayev də Çexiyada çıxış edir. O, bu yay "Mlada Boleslav klubuna transfer olunub.