Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, bıçaq yarası alan və hələlik adı məlum olmayan gənc yaxınları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunmaq üçün cərrahiyyə şöbəsinə qaldırılıb. Həmin şəxsin və on vuranın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Şirvan şəhər Polis şöbəsində araşdırma aparılır.