Şəmkirdə maskalı şəxslər evə basqın ediblər.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.

Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.

Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.

Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır.