Sumqayıtda yerli sakinə bıçaqla xəsarət yetirilib.

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhət sakini, Ağayarov Nail Şəmsəddin oğlu tanışı, Mərdanov Saleh Sabirağa oğlu ilə mübahisə edib, daha sonra ona bir neçə bıçaq zərbəsi vurub. S.Mərdanov qaçaraq hadisə yerindən uzaqlaşmağa nail olub.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29, 120 (Qəsdən adamöldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.