Bakıda gənc oğlan bıçaqlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

"Yeganə" şadlıq sarayının yaxınlığında 1991-ci il təvəllüdlü İsmayılov Elçin Məmmədcan oğlu mübahisə zəmnində bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.