"Sevilyanın baş məşqçisi Eduardo Beritso ağır xəstədir.

Unikal.org xəbər verir ki, Beritsio xərçəng xəstəliyindən əziyyət çəkir. Həkimlər ona prostat vəzinin xərçəngi diaqnozunu qoyublar.

Mütəxəssis əməliyyat olunmalıdı. Ancaq əməliyyatın vaxtı barədə məlumat verilmir.

"Sevilya Çempionlar Liqasında "Liverpulla keçirilən oyunda (3:3) hesabı bərabərləşdirdikdən sonra bütün futbolçular Beritsonun yanına qaçmışdılar.

İspaniya mətbuatı iddia edir ki, futbolçular ağır xəstəliyə düçar olan mütəxəssisə dəstəklərini nümayiş etdirmək üçün belə bir addımı atıblar.