Gəncədə yerli sakin bıçaqlanıb.

Unikal.org report-a istinadən məlumatına görə, Gəncə şəhər sakini 27 yaşlı Asif Bəxdiyar oğlu Hüseynov kürək nahiyəsindən daxilə keçən bıçaq yarası alaraq ağır halda xəstəxanaya aparılıb. 

Həkimlər tərəfindən əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Yaxınları onun yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirib. Lakin fakt hüquq - mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.