Cəlilabad rayonunda müxtəlif mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini İlqar Muradov polis şöbəsinə müraciət edərək ona məxsus dükandan telefonlar, eləcə də müxtəlif növ məişət əşyaları oğurlandığını bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayonun Günəşli kənd sakinləri İsmayıl Quluyev, Mürad Əhmədov və Raul Quluyev sözegedən dükündan növbəti dəfə oğurluq edərkən iş başında yaxalanıblar. Məlum olub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda 30 yaxın vətəndaşa məxsus dükandan oğruluq edərək cinayət əməlləri törədiblər. Saxlanılan şəxslər polisə verdikləri ilkin ifadədə törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.