19 Mart 2019
Azərbaycan millisi yenə yerində saydı - UEFA reytinqi
Azərbaycan millisi yenə yerində saydı - UEFA reytinqi İDMAN 14:57 2018-02-22

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin 2, Avropa Liqasının 1/16 finalının isə 1 oyunundan sonra reytinq cədvəli açıqlanıb.

Unikal.org xəbər verir ki, bu oyunlardan sonra Azərbaycan öz mövqeyini qoruyub saxlayıb. Ölkəmiz əvvəlki kimi 19,125 xalla 23-cü pillədə yer alıb.

Azərbaycanın mövqeyini qorumasında Serbiyanın "Srvena Zvezda komandasının səfərdə Rusiya ÇSKA-sına uduzması rol oynayıb. Belə ki, Belqrad təmsilçisi Moskvadakı görüşdə qalib gəlsəydi, serblər siyahıda ölkəmizi geridə qoyacaqdı.

Hazırda Azərbaycanın ən yaxın izləyicisi Bolqarıstandı. Bolqarlar ölkəmizlə eyni xala malikdi. Bu ölkənin avrokuboklarda cəmi bir təmsilçisi (Ludoqorets) qalıb. Avropa Liqasının 1/16 final mərhələsində çıxış edən "yaşıl-ağlar, ilk oyununda evdə "Milana böyük hesabla (0:3) uduzub.

Siyahıya İspaniya başçılıq edir (101,712). İngiltərə ikinci (76,605), İtaliya isə üçüncüdü (71,916).