Səudiyyə Ərəbistanı yığmasının bəzi futbolçuları DÇ-2018-in açılış oyununda Rusiyaya məğlubiyyətə görə cəzalanacaqlar.

Unikal.org  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Adel İzzət məlumat verib. O, 3 futboçunun cəzalanacağını vurğulayıb:

"Məğlubiyyətə görə məyusuq. Bu nəticə bizim hazırlığımıza qətiyyən uyğun gəlmir. Üç futbolçu - qapıçı Abdulla al-Mayuf, hücumçu Məhəmməd Əl-Sahlavi və müdafiəçi Omar Xavsavi cəzalanacaqlar.

DÇ-2018-in açılış oyununda Səudiyyə Ərəbistanı meydan sahibi Rusiyaya 0:5 hesabı ilə məğlub olub.