15 Dekabr 2018
14 Dekabr 2018
Qarabağ - Arsenal matçının biletlərinin haradan almaq olar? - SIYAHI
İDMAN 20:28 2018-09-19

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

Unikal.org "Qarabağ" klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.
Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop ("Park Bulvar")
İticket kassaları
Sumqayıt şəhəri ("ASAN Xidmət")
"28 Mall"
"Gənclik Mall"
Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.