10 Dekabr 2018
Qüdrət Həsənquliyev Rusiyanın adamıdır, mən yox... – Araz Əlizadə (MÜSAHİBƏ)
MÜSAHİBƏ 2018-10-04 17:05:26
  • A

Xəbər verdiyimiz kimi, Milli Məclisin oktyabrın 1-də keçirilən iclasında iki deputat, Qüdrət Həsənquliyev və Araz Əlizadə arasında mübahisə yaşanıb. Həsənquliyev bildirib ki, Araz Əlizadə öz keçmişini və kimliyini unutdura bilməz: "Biz onun 90-cı illərdə burada necə çıxış edib, hansı işləri görüb və kimə bağlı olduğunu yaxşı bilirik.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə Unikal.org-a Q.Həsənquliyevlə aralarında yaranan mübahisəyə aydınlıq gətirib. O, müsahibəsində iddia edib ki, Q.Həsənquliyevlə bağlı mübahisəsi mətbuatda düzgün dərc edilməyib.

-Araz müəllim bu mübahisə necə baş verdi?

-İnsan öz ürəyindəki arzunu bildirdi ki, bəsdir müstəqil olduq, gəl yenidən Rusiyanın köləsinə çevrilək. Mən də cavab verdim ki, biz yenidən Rusiyanın köləsi olmaq istəmirik. Bizim qüdrətli ordumuz ("qüdrət deyəndə Həsənquliyevi nəzərdə tutmuram), qeyrətli əsgər və zabit heyətimiz və ən əsası vətənpərvər Ali Baş Komandanımız var. Biz torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik. Qaldı ki o, mənim Azərbaycandan başqa hansısa qüvvələrə işləməyim barədə bilgiyə malik olmasına, bu barədə təcili hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Azərbaycan dövlətində cinayəti bilib, gizlətmək özü bir cinayətdir. Xüsusən də "cinayətkar deputatdırsa. Mənim bundan həqiqətən xəbərim yoxdur. Mən çox istərdim ki, əgər o mənim həqiqətən də xaricə işlədiyimi bilirsə, bu məlumatı xüsusi xidmət orqanlarına çatdırsın.

-Qüdrət bəy "Araz Əlizadə öz keçmişini və kimliyini unutdura bilməz fikri ilə sizi sərt tənqid etdi. Bu barədə nə deyə bilərsiniz?

-Mənim kimliyimə gəlincə, Vallah özümü heç kəsə unutdurmaq fikrim yoxdur. Mən öz həyatımla, keçmişimlə fəxr edirəm. Bəzilərindən fərqli olaraq burdan-ora, ordan-bura qaçmamışam. Hər zaman bir partiyanın (Azərbaycan Sosial Demokrat Partiyası) sıralarında olmuşam. Bu partiya ilə də eyni məqsəd uğrunda mübarizə aparmışam. Azərbaycan torpaqlarının azad edilməsi, ölkəmizin müstəqilliyi, xalqımızın rifahı.

-Siz, bəziləri deyəndə kimi nəzərədə tutursunuz?

-Əlbəttə ki, Qüdrət Həsənquliyevi deyirəm. Bu adam Xalq Cəbhəsi Partiyasında idi. Bu partiyanın Mərkəzi Seçki Komisiyasında (MSK) təmsil edirdi. Sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi yaratdı və buranın rəhbəri oldu. Qüdrət Həsənquliyevə bir sualda vermək istəyirəm. "Siz partiyanızda Bütöv sözünü həm İranı və həmdə indiki Azərbaycanı nəzərdə tutursunuz? Əgər belədirsə, o İrandakı Azərbaycanlıları da Rusiyanın qoltuğunun altına salmaq istəyirsiniz?

-Qüdrət bəy Milli Məclisdə Rusiya haqqında nə isə demişdi?

-Sözügedən gün birinci o çıxış etdi. Həsənquliyev deyir ki, "Ermənistanla müharibə etsək, digər rayonlarımız da işğal olunar. Gəlin, Kollektiv Təhlükəsizlik Şurasına üzv olaq, Rusiyaya Azərbaycanda hərbi baza verək və bunun üçün qonşu dövlətlə danışıq aparaq. Bu nə fikirdir? Rusiyanın köləsinə çevrilməkdir də! Mən isə dedim ki, bəzi deputatlar Dağlıq Qarabağ məsələsində insanlarda ruh düşkünlüyü yaradırlar. Bu adam insanlarda elə bir hiss oyadır ki, biz naqis bir xalqıq, torpaqlarımızı müharibə yolu ilə azad edə bilmərik.

-Qüdrət bəy bəlkə demək istəyir ki, Rusiya güclü dövlətdir. Bu dövlətlə dil tapıb, irəliləməliyik?

-Xeyr. Mən hesab edirəm ki, o və digərlərinin Rusiya ilə bağlı belə mövqe bildirməsi üçün ermənilərə məxsus beynəlxalq fondlarından ona xüsusi pullar ayrılır. Ən çox hazırda qeyri-hökumət təşkilatları bu fondlardan istifadə edir. Mən düşünmürdüm ki, hansısa siyasi partiya bu kompaniyaya qoşulsun. Qüdrət Həsənquliyev Milli Məclisdəki rusiyapərəst çıxışı ilə insanlarda ruh düşkünlüyü, qorxu hissini yaratmaq istəyir.

-Axı, mətbuatda onun öncə çıxışı deyil, sizin çıxışınızdan sonra Qüdrət bəyin sizə cavabını gördük-¦

-Xeyr. İlk çıxışı o, etdi. Sonra mən cavab verdim. Bundan sonra Qüdrət Həsənquliyev məni kimlərləsə işləməyikdə günahlandırıb, şantaj etdi. Mətbuat isə bizim çıxışımızı oxuculara düzgün təqdim etmədi. Yazıları oxuyanda elə çıxır ki, guya ki Həsənquliyev Rusiyanı tənqid edib, mən də buna cavab olaraq əsəbləşmişəm. Əslində, Qüdrət Həsənquliyev öz çıxışı ilə Rusiyanın yanında olduğunu bildirirdi. Hesab edirəm ki, Rusiyanın adamı mən yox, Qüdrət Həsənquliyevdir. Mən isə ona cavab verirəm ki, biz naqis xalq deyilik və hər şeyə cavab verə bilərik.

-Bəlkə Qüdrət bəy keçmiş deyəndə Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibovu nəzərdə tutur? Siz onun yanında çalışmısınız da-¦

- "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov istefa verdi və Moskvada yaşadı. Rusiya ona siyasi sığınacaq verdi və oraya getdi. Mənə isə Türkiyə sığınacaq verdi. Belə çıxır ki, mən də Türkiyənin adamıyam? Xeyr bu belə deyil. Mən hər zaman Qüdrət Həsənquliyevə qarşı hansısa bir deputat şər-böhtan atanda onu müdafiə etmişəm. Amma mən bilmirdim ki, o müəllimindən şər-böhtan atmağı öyrənən şagirddir.

A.İsgəndərov