Bakıda yeni tikilən 16 mərtəbəli binada yanğın olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının (tikintisi başa çatmamışdır) 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb. 

Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.