Tovuz rayonunun Cəlilli kəndində yanğın hadisəsi olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, kənddə ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb. 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.