12 Dekabr 2018
Dekabrın 8-də evdən çıxmayın - Fransada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ
DÜNYA 20:45
  • A

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.

Unikal.org-un məlumatına görə, müraciətdə Fransanın dövlət orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün regionlarını əhatə edən etiraz aksiyaları nəticəsində 3 nəfər həlak olub. Həmçinin, 28-i polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282 nümayişçidən 157-sinə qarşı rəsmi ittiham irəli sürülüb.

Verilən məlumatlarda kriminal və radikal qrupların üzvlərinin etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai və iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər yetirərək talançılıqla məşğul olduğu bildirilib.

Gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və "Sarı jiletlilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.

Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb.