06 Dekabr 2019
05 Dekabr 2019
Federasiya prezidenti pulsuzluqdan GİLEYLƏNDİ – “Mən nə nazir, nə də deputatam”
Federasiya prezidenti pulsuzluqdan GİLEYLƏNDİ– “Mən nə nazir, nə də deputatam” MÜSAHİBƏ 17:04 2018-12-12

Azərbaycanda problem yaşayan federasiylaradan biri də Azərbaycan Sumo Federasiyasıdır. Bu barədə federasiyanın prezidenti Samir Abdullayev Unikal.org-a müsahibəsində qurumun problemlərindən danışıb. 

- Azərbaycanda Sumo Federasiyası nə vaxtdan təsis edilib?

- İlk addımları 2005-ci ildə atmışıq. O dövrdə Azərbaycanı bu iri beynəlxalq turnirdə ilk dəfə mən təmsil etdim və medal qazandım. 2006-cı ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə böyüklər və uşaqlar üçün iki turnir təşkil etdik.  2007-ci il bizim üçün əlamətdar oldu. Əvvəlcə federasiyamız rəsmi surətdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi. Sonra Avropa Sumo Federasiyasının iyun ayında Macarıstanın paytaxtı Budapeştdə və Beynəlxalq Sumo Federasiyasının, noyabr ayında Tailandın Çianqmay şəhərində keçirilən konqreslərində bu təşkilatların tamhüquqlu üzvü seçildik. 

 - Sizcə, ölkəmizdə bu idman növünün diqqətdən kənarda qalmasının səbəbi nədir?

- Səbəbi odur ki, reklamı azdır. 

- Reklamın da yaxşı olması üçün nə lazımdır?

- İlk növbədə maliyyə.  Hazırda maliyyə dəstəyi çox zəifdir. Maddi baxımdan bütün işlər və maddi xərclərin 99 faizi mənim üzərimdədir.  Amma buna baxmayaraq hər il Azərbaycan və Bakı çempionatları keçirir, regionlarda yarışlar təşkil edirik. Aidiyyatı qurumlar çox az miqdarda yardım edir. 

- Federasiyanız ofisi yox idi. Bu məsələnin həlli nə yerdə qaldı?

- Yaxın zamanda bunun həll olunması üçün çalışırıq. Bunlar asan , yəni həll oluna biləcək məsələdir. Hətta zalı da yeni həll etmişik. Qarşıda planlarımız çoxdur. 
Düşünürəm ki, bu il bizim üçün asan olacaq. Çünki Sumo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. Bu da bizim xeyrimizə olacaq.  Bu gün idmançılarla heç bir problemimiz yoxdur. Potensiallı idmançılarımız kifayət qədərdir.

 - Həmin idmançılar qalib gəldikdə mükafat  verilir?

- Biz qeyri-olimpiya növüyük, elə böyük miqdarda mükafatlar yoxdur. Amma əlimizdən gələn qədər olur. 

- Bəs məşqçi və idmançıların maaşı, sumoçuların vitamin və dərman preparatları ilə təminatı necə həll olunur?
- Bizim əsas problemimiz budur. İdmançı sarıdan problem yoxdur. Qarşıda bizi Avropada  5 reytinqli yarış gözləyir. Bu yaxında idmançılarımız yarışa getdi. İmkanımız olmadığı üçün yarışa onlarla birgə  məşqçi göndərə bilmədik. Biz beynəlxalq dərəcəli yarışlarda cəmi 1-2 idmançı ilə təmsil oluna bilirik. Amma imkanımız olsaydı daha çox idmançı ilə iştirak edə bilərdik. 

- Adətən görmüşük ki, federaisya rəhbərləri ya nazir, ya deputat, ya da iş adamı olur. Bəs siz, Federasiya rəhbərliyindən başqa hansı işlə məşğulsunuz? 

- Mən nə deputatam, nə də nazirəm. Ona görə də belə problemlərimiz var. 

- Bununla bağlı harasa müraciət etmisiniz?

- Bir çox yerə müraciət etmişik. Amma cavabları o olur ki, qeyri-olimpiya idman növüsünüz. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındığımız üçün yeni ildən yaxşı olacağına ümidimiz var. 

Aygün İlqarqızı