Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​