25 İyun 2019
24 İyun 2019
Aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi - FOTO
Aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi- FOTO REPORTAJ 12:12 2019-03-19

Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşüb.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” və “Heydər Əliyev Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.

Daha sonra görüş iştirakçıları çıxış edərək hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi.


  • Aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi- FOTO
  • Aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi- FOTO
  • Aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi- FOTO