Ötən gecə Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.