Aprelin 7-də Zaqatala stansiyasından 43 kilometr cənubda - Gürcüstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib. 

Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.