Danimarka polisi şəhərdə Runqsted şəhərində baş verən atışmaya görə 14 nəfəri saxlayıb. 

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. 

Bildirilir ki, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

"Runqsteddəki məlum hadisəyə görə 20-32 yaş aralarında 14 nəfər saxlanılıb. Polis baş vermiş hadisəydə onların əlinin olub olmadığınl araşdırır"- polisin rəsmi "Twitter" səhifəsindəki məlumatda deyilir.

Xatırladaq ki, hadisə şənbə günü axşam baş verib.