20 May 2019
19 May 2019
Polad Bülbüloğlu məşhur sənətçi ilə belə rəqs etdi - VİDEO
Polad Bülbüloğlu məşhur sənətçi ilə belə rəqs etdi- VİDEO MƏDƏNİYYƏT-ŞOU 12:13 2019-05-13

Bakıda  “Azərbaycana sevgi ilə”  konsert proqramı ilə çıxış edən  opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun şərəfinə ziyafət təşkil edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, ziyafətdə Mədəniyyət naziri Əbülbəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət xadimləri, opera sənətçiləri və incəsənət nümayəndələri iştirak edib.

Gecədə "Gəl Ey Səhər" mahnısını ifa edən Polad Bülbüloğlu Anna Netrebkonu rəqsə dəvət edib. Səfirin ifası tanınmış opera ifaçısının böyük marağına səbəb olub.

Famil Fərhadoğlu