26 May 2019
25 May 2019
İlham Əliyevdən Pendarovskiyə təbrik məktubu
İlham Əliyevdən Pendarovskiyə təbrik məktubu SİYASƏT 17:19 2019-05-15

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".