Şamaxıda yenidən vulkan püskürüb.

Unikal.org-un məlumatına görə, hadisə gecə saatlarında rayonun Dağ Göylər kəndində qeydə alınıb. Nəticədə vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb.  Kənd sakinlərinin Qafqazinfo-ya verdiyi məlumata görə, bu ərazidə soncucu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib. Yerin altından çıxan torpaq qatı təqribən iki hektar əraziyə yayılıb. Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.