Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

"Volkswagen Passat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarına aşırıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.