Qubanın Amsar kəndində yaşayış evində partlayış olub.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, qaz balonunu doldurub evə gətirən ailə başçısı Nuriyev İsa onu işə salan zaman partlayış baş verib. Nəticədə özü və ailə üzvləri ağır yanıq xəsarətləri alıblar.

Ailənin əkiz övladları – 2016-cı il təvəllüdlü Nuriyev Ömər və Nuriyeva Zeynəb ikinci dərəcəli yanıq xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ömərə hər iki seyvanın, sol saidin, əlin, sağ baldırın yanığı, Zeynəbə isə tüstüdən zəhərlənmə, sağ ayağın topuq nahiyyəsinin sıyrılmış yanığı diaqnozu qoyulub.

Ana və atanın vəziyyəti nisbətən ağır olduğundan, Bayramova İlahə Aslan qızı kürək, sifət, qollar və ayağın yanığı, Nuriyev İsa üz, bədən, ayaqların yanığı diaqnozu ilə Bakıya göndəriliblər.

Hazırda polis hadisə yerində araşdırma aparır. İlkin ehtimala görə, partlayışa qaz balonundakı nasazlıq səbəb olub.