Sabirabadda birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Cavad kəndində ümumi sahəsi 25 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 15m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.