Sabirabad rayonunda çoban işləyən şəxs intihar edib. 

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kənd ərazisində qeydə alınıb. 

Belə ki, yataqların birində çoban işləyən 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədov özünü heyvanların saxlanıldığı tövlədə asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

İntihar hadisəsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.