Neftçala sakini balıq ovunda suda boğulub.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun kürkən kəndi ərazisində baş verib. Belə ki, Neftçala şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu su kanalında balıq tutan zaman balıq toruna ilişib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.