İsmayıllıda itkin düşən 30 yaşlı qadın tapılıb.

Unikal.org xəbər verir ki, rayonun Qalıncaq kənd sakini, 1989-cu il təvəllüdlü Pərvanə Bədəlova iyulun 28-də 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı evi tərk edib. Üç uşaq anası olan gənc qadın itkin düşmüş kimi qeydiyyata alınıb və İsmayıllı rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış elan olunub.

Polis əməkdaşları onu bir ay sonra onu övladı ilə birgə Bakı şəhərində taparaq İsmayıllıya gətirib və valideynlərinə təhvil veriblər.

Onun hansı səbəbdən evdən getdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.