Qazax rayonunda torpaq uçqunu baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qarapapaq kəndində qeydə alınıb. 

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı - 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.