Bu gün axşam saatlarında Biləcəridən Xırdalan istiqamətinə gedən avtomobil yolunda zəncirvari qəza baş verib.

Unikal.org-un məlumatına görə, qəza nəticəsində 5 avtomobil toqquşub. Xoşbəxtlikdən xəsarət  alan olmayıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisə  ilə bağlı avtomobil yolunda tıxac yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Orxan Həsənli