Şirvan şəhərində bədbəxt hadisə baş verib. 

Unikal.org  apa-ya istinadən xəbər verir ki, kanalizasiya quyusunda meyit aşkar olunub.

Belə ki, məscidə namaz qılmağa gələn Şirvan sakini, 1948-ci il təvəllüdlü Balaşov Şahmirzə Səri oğlu kanalizasiya quyusuna düşərək boğulub. Onun meyiti quyudan FHN-in xilasediciləri tərəfindən çıxarılıb və məhkəmə tibb ekspertizasına təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.