Türkiyənin məşhur aktrisa Fatma Girik xəstəxanaya aparılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeriməkdə çətinlik çəkən sənətçini Ankaraya aparıblar. Həkim Girikə 4 həftə müalicə almağı məsləhət görüb.

Qeyd edək ki, Fatma Bodrumdakı evində əvvəl bir neçə dəfə yıxılmışdı. Bu qəzalardan birində o, bud sümüyünü qırıb. Girik fevralda da beyin əməliyyatı keçirib.