20 Noyabr 2019
19 Noyabr 2019
Vasim Məmmədəliyevlə belə vidalaşdılar! - FOTOLAR
Vasim Məmmədəliyevlə belə vidalaşdılar! -FOTOLAR HADİSƏ 16:31 2019-10-14

Oktyabrın 14-də Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Akademik Vasim Məmmədəliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri BDU-nun binasına gələrək görkəmli alimə və gözəl insana son borclarını veriblər.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

  • Vasim Məmmədəliyevlə belə vidalaşdılar! -FOTOLAR